Saqqal Əkimi

Saqqal Əkimi

Bığ, saqqal və bakenbard tüklərinin əkilməsi
Bəziləri üçün saqqal dəb, bəziləri üçün adət-ənənə, bəziləri üçün isə üzə yaraşıq verən bir vasitə hesab edilir. Bir çox kişilər özlərini saqqalsız təsəvvür edə bilmir. Fransızlar, italyanlar,ispanlar, Hollivudda çalışanlar yaraşıqlı görünmək üçün müxtəlif növ saqqal saxlayırlar. Onlar üçün saqqal mühüm əhəmiyyət kəsb edir. Belə ki, saqqal saxlayan kişilər öz həyatlarını müxtəlif saqqal formaları ilə təkrarolunmaz hesab edirlər. Onlar üçün saqqal kişiliyin və xarakterin simvolu sayılır.

İnsanın öz istədiyi kimi saqqal saxlaya bilməsi çox çətindir. Arzuolunan saqqalın olmamasının səbəbləri var:
*üzdə bitən tüklərin irsiyyətə uyğun olaraq bitməsi
*müxtəlif səbəblərdən və ya əməliyyatlardan sonra üzdə hissəvi və estetik görüntüyə malik olmayan tüklərin olması
Belə olan hallarda isə yaranan problemi saqqal və bığ əkdirməklə aradan qaldırmaq mümkün olur.

Tarixi arayış
Saqqal qədim zamanlardan kişiliyin, müdrikliyin və əzimliyin simvolu hesab edilmişdir. Dünya tarixində hətta bəzi dövrlərdə bəzi ölkllələrin kişiləri saqqal saxladıqlarına görə vergi ödəmişlər. Məsələn, 1689-cu ilin 5 sentyabrda I Pyotr saqqal saxlayanlara bir ildə 50 manat vergi qoymuşdur. Bu bir çox fərqli ölkələrdə də tətbiq edilib . Buna görə də həmin dövrlərdə saqqalı yanlız dövlətli kişilər saxlaya bilib. Varlı və məşhurlar(krallar, prinslər, qarf və markizlər)saqqallarını və bığlarını xüsusi qayda ilə kəsdirmişlər. Həmin dövlərdə isə qadınlar saqqalı olan kişilərə daha çox üstünlük vermişlər. Onlar saqqalı olan kişiləri əsil kişi hesab ediblər. Düzdür indi saqqal saxlamaq üçün vergi ödənilmir, amma, bir çox kişilər gözəl saqqala sahib olmaq istəyir və bunun üçün estetik əməliyyata üz tutur.

Estetik saqqal, bığ və bakenbard əməliyyatı  necə həyata keçirilir:
* İlk növbədə kişinin hansı tipə mənsub olması araşdırılır.
* Sonra lazım olan saqqal forması təyin edilir və pasiyentin həyat üslubuna uyğun olanı təyin olunur.
* Üz dərisində saqqlın konturları qələmlə çəkilir

Saqqal nahiyəyə tükləri əkilməsi prosesi
Proses başlamazdan əvvəl saqqal əkiləcək nahiyənin konturları qeyd olunur. Həmin nahiyə anesteziya edilir və baş tüklərinin sıx olduğu yerdən tüklər alınır, hazırlanır və transplantasiya edilərək üzə köçürülür.

I mərhələ
Alınan nahiyə(özündə 1-2 tük kökü saxlayan follikul)saqqal hissəyə köçürülür. Köçürülməzdən əvvəl tüklər mütləq ayrılır və köçürülməyə hazır vəziyyətə gətirilir.

II mərhələ
Götürülən saç kökü saqqal nahiyəyə yerləşdirilir. Ən yaxşı mütəxəssislər hətta dərinin problemli nahiyəsinə də tük əkir.Bu zaman aşağıdakılar tətbiq olunur:

I üsul
Bu  mərhələdə mikrokanallar formalaşdırılır və follikul oraya yerləşdirilir. Hər bir tük üçün ayrı bir mikrokanal açılır. Bu zaman isə tüklər uzanmaq qabiliyyətlərini davam etdirə bilirlər.

II üsul
Bu texnologiya yolu ilə donor hissə bir cəhdlə dəridəki mikro dəliyə yerləşdirilir.
Sözsüz ki, saqqal və bığ transplantasiyasında tətbiq edilən hər bir donor material bütün pasiyentlər üçün universal olmur. Çoxillik təcrübələr saqqal və bığ əkimi zamanı tətbiq edilən qaydaların hər bir pasiyentin özünəməxsus  olaraq xüsusi yanaşma tələb etdiyini göstərir. Əməliyyatdan sonrakı dövr bir neçə gün olur.

Əgər siz də həyatınızı dəyişmək istəyirsinizsə o zaman üz cizgilərinizə obraz, stil və xarakter vermək üçün bizə müraciət edin.фильмы бесплатно

Template not found: /templates/az1/module/rightbar.tpl