- 055-339-90-11
- [email protected]
Saç Tökülməsinin Müalicəsi
Saç Tökülməsinin Müalicəsi
Saç tökülməsini necə müalicə etməli? Trixologiya mərkəzinin mütəxəssisi ilə intervyu.
Saçlar insanın xarici görünüşünün ən parlaq nəzərə çarpan detalıdır. Sağlam, gözəl və xüsusilə də hündürdən toplanmış saçlar bütün qadınları cazibədar göstərir. Əksinə olaraq seyrək, cansız və tökülmüş saçlar insanın üz cizgilərini pis göstərir və ətrafdakıların ondan uzaqlaşmasına səbəb olur.
Bu səbəblərə görə də saçlar insanın estetik görünüşünün gözəl və daha da cazibədar görünməsinə səbəb olur. Keyfiyyətsiz saçlar ən gözəl üz cizgilərinə və gözəl dəriyə sahib olan adamları belə baxımsız göstərir. Özünə qiymət verən hər bir qadın və kişi saçlarına diqqət yetirməlidir. Bu problemlərin düzgün həll edilməsi üçün sizə yanlız trixoloq həkim yardım edə bilər. Bu barədə isə ən çox verilən sualları trixologiya mərkəzinin mütəxəssisi cavablandırır.
*Saçların tökülməsinə nələr səbəb olur və hansı hallarda bu problem müalicəsiz aradan qalxmır?
*Saçların tökülməsi hansı səbəblərdən olur?
Əgər siz yastığınızın və darağınızın üzərində tüklərə rast gəldinizsə o zaman dərhal həyəcan keçirməyin – bu normaldır. Saçların tökülməsi normal bir prosesdir. Normada gün ərzində 100-ə qədər saç tökülə bilir. Amma, daha çox sayda tüklərin tökülməsinin müxtəlif səbəbləri olur. Qadınlarda ən çox uşaqəmizdirmə, hormonal dəyişikliklər, stress və ağır xroniki xəstəliklər zamanı saç tükləri tökülə bilir. Kişilərdə isə saç tökülməsinin qarşınının alınması prosesi daha mürəkkəbdir. Onlar saç tökülməsinə adi bir şey kimi baxırlar və yanlız diffuz saç tökülməsi olan zaman həkimə müraciət edirlər. Kişilər isə daha çox irsi androgen keçəlləşmə olan zaman həkimə müraciət edirlər.
Hər bir halda saçların normadan çox tökülməsi zamanı mütləq həkimə müraciət etmək lazımdır, çünki, keçəlləşmənin müalicəsi həmişə çətin olur.
İlk növbədə hansı halda həkimə müraciət etmək lazımdır?
Bəzən insanlara elə gəlir ki, trixoloq digər xəstəliklərlə məşğul olmur, onu yanlız saçların tökülməsi problemləri maraqlandırır. Amma, təcrübələr trixoloq həkimin xəstələri müalicə edərkən sıfırdan başlayıb – endokrinologiya, qastroenterologiya, kardiologiya daxil olmaqla nevrologiyaya qədər müayinə etdiyini göstərir. Çünki, bir çox hallarda saçlar müxtəlif səbəblərdən tökülə bilir və buna görə də hər incəliyinə qədər anamnez toplamaq lazımdır.
Düzdür, keçəlləşməsi olan xəstələrdə aşkar edilən bütün xəstəlikləri trixoloq müalicə etmir, bu zaman endokrinoloqa, ginekoloqa, dermatonevroloqa mürarciət etmək lazım gəlir. Bütöv bir kompleks müalicələr isə keçəlləşmə probleminin həll olmasına doğru yönələndə məsələnin həllini tapmaq mümkün olur.
Bunları bilmək maraqlıdır.
Başın tüklü hissəsində meydana çıxan xəstəliklərin hamısı saç tökülməsinə səbəb olmur. Məsələn, psoriaz zamanı saçlar yanlız daranan zaman tökülür, bu zaman tük follikulları öz vəziyyətini dəyişməyərək olduğu kimi qalır. Bütün dəri xəstəlikləri zamanı mütləq dermotoloq həkimə müraciət etmək lazımdır – düzgün aparılmayan müalicə keçəlləşməyə səbəb ola bilir.
Saç tökülmə problemləri zamanı adətən nədən başlamaq lazımdır?
Saç tökülməsinin müalicəsi tökülmənin səbəbini araşdırmaq üçün aparılan diaqnozdan başlayır. Adətən, bu, zaman və pul itikisinə səbəb ola bilir. Bu zaman ən pis cəhət əlamətlərə görə özbaşına müalicə aparmaqdır. Məyər söhbət bədxassəli şişlər zamanı tətbiq edilən kimya terapiyasından və ya arıqlamaq üçün təyin edilən ciddi dietadan gedir? Düzdür qidalanma rejiminin pozulması, qəbul edilən qidalarda lazım olan maddələrin çatışmazlığı üzündən də saçlar tökülə bilir. Mütəxəssislər qidalanma ilə saçların tökülməsinin əlaqəli olmasını söyləyirlər. Belə ki, qəbul edilən qida maddələrinin keyfiyyətli olmaması avitaminoza səbəb olur. Avitaminoz, zülal mübadiləsinin disbalansı, qidalarda karbohidrat və yağ miqdarının çatışmaması saçlara pis təsir göstərir. Bunlar barədə toplanan məlumatlar və trixoloq həkimin spektral müayinələri ilə keçəlləşmənin hansı səbəblərdən meydana çıxdığını aşkar edilir. Müayinə zamanı bir çox əlavə laborator müayinələri də analiz etmək lazım gəlir.
Ev şəraitində bu problemi həll etmək mümkündürmü?
Düzünü desək insanların çoxu keçəlləşmə prosesi irəlilədiyi zamanlarda həkimə müraciət edir. Bir çox istehsalçılar saç tökülıməsinin qarşısını almaq üçün müxtəlif şampunlar istehsal edirlər. Bu cür şampunlara istənilən aptek və mağazalarda rast gəlmək mümkündür. İnternet saytlarında müxtəlif cür bahalı şampun reklamlarına rast gəlinir. Bu şampunlar yüngül formalı saç tökülmələrinin qarşısını ala bilir. Bu cür saçtökülmələrə fəsil dəyişkənliyi, bərbərxanalarda baş verən keyfiyyətsiz qulluq səbəbindən meydana çıxan saç tökülmələri aiddir. Belə saç tökülməsinin qarşısını qidalanmanı yaxşılaşdıraraq, tərkibində sink olan qidalar ( gigirtkən , ayıpəncəsi ekstraktı) qəbul edərək almaq mümkündür. Sink saçlara həyat verir və onların uzanmasına səbəb olur.
Yadda saxlamaq lazımdır ki, ev şəraitində saç tökülməsinin qarşısını kor-təbii müalicə vasitələri ilə almağa çalışmaqla tam müalicə əldə etmək mümkün deyil. Belə ki, tanışlarınızın və ya qohumlarınızın tətbiq etdiyi müalicə üsulu sizə eyni təsiri göstərməyə bilər. Bunun səbəbi isə hər kəsdə saç tökülməsinin müxtəlif səbəblərdən baş verməsidir. Ev şəraitində özbaşına müalicə tətbiq etmək hamıda öz faydasını göstərmir. Amma, yenə də məhşur firmaların istehsal etdiyi keyfiyyətli şampunlardan istifadə edərək az da olsa saç tökülməsinin qarşısını almaq mümkündür.
Saç tökülməsinin qarşısını almaq üçün effektivli dərman vasitələri varmı?
Əgər farmokoloji alimlər saç tökülməsinə qarşı dərman vasitəsi icad etsəydilər o zaman küçələrdə bir nəfər də olsun keçəl adama rast gəlmək mümkün olmazdı. Əgər keçəlləşmə hormonal səbəblərdən(androgen keçəlləşmə)meydana gəlibsə o zaman hormonal preparatlarla problemi aradan qaldırmaq mümkündür. Dermotoloji, xroniki xəstəliklər və stress səbəblərdən meydana gələn keçəlləşməni vitamin komplesksi (B, A, E, PP vitaminləri), göbələkəleyhinə, qeyri hormonal mazlar vasitəsilə aradan qaldırmaq mümkündür.
Hansı hallarda ciddi müalicə üsullarına müraciət etmək lazımdır?
Müasir kosmetologiyada keçəlləşmənin müalicəsi özünəməxsus vasitələrlə tük transplantasiyasıdır. Mezoterapiya və müxtəlif fizioterapevtik müalicə üsulları tük dibi follikulların fəaliyyərtini yaxşılaşdırır. Bu müalicə zamanı vitaminlərdən və şampunlardan istifadə eləmək də çox faydalıdır. Ciddi irsi problemlər olduğu halda, çapıqlı, androgen və ya ocaqlı keçəlləşmə zamanı, yanıqlar və çapıq yerlərində müalicə yolu ilə yeni tüklər meydana gəlmir. Əgər sizin yaxşı saç ustanız varsa bu zaman həmin usta başın tüklü hissəsini məharətlə örtə bilir. Bu vasitənin qarantiyası olmadığı üçün problemdən həlli yolu tük transplantasiyasıdır.
Ciddi problemlər səbəbindən baş verən saç tökülməsi necə müalicə olunur?
Ən pis növ keçəlləşmə tük follikullarının ağzının qapanması ilə müşahidə edilən keçəlləşmədir. Bu pasiyentin keçirdiyi xəstəliklərin ən son mərhələsində baş verir və müalicə yanlız tük transplantasiyası ilə başa çatır.
Müasir günümüzdə hansı saçəkmə vasitələrindən istifadə edilir?
Saç əkilməsi proseduru son illərin nəaliyyətidir və günü-gündən yeni saçəkmə üsulları tətbiq edilir. Əvvəllər tük əkimi zamanı tüklü dəri hissəsinin köçürülməsi ilə problem aradan qaldırılırdı. Bu əməliyyatlar yetərincə travmalı olurdu və əməliyyat yerinin bərpası üçün yarım il gözləmək lazım gəlirdi(STRİP üsulu). Bu əməliyyat özündə sonra çapıq izi qoyurdu və pasiyent çapıqların üstünü uzun saçlarla örtməli olurdu. İndi bu plastik əməliyyat növü tətbiq edilmir. Sonralar daha effektli üsul FUE üsulu ilə tük əkiulməsi həyata keçirilməyə başlandı.Bu üsulla geniş kəsik aparılmadan saç əkimi tətbiq olunmağa başladı. Bu əməliyyat zamanı baş dərisində kiçik çapıq izləri qalırdı. Daha sonralar isə keçəlləşmiş nahiyəyə tükləri əkilməsi həyata keçiriilməyə başlandı.
Ən müasir saç əkmə üsulu FUE üsulu hesab olunur. Bu zaman tüklər follikulları ilə birlikdə əkilir və bu əməliyyat əsil zərgər dəqiqliyi tələb edir. Əməliyyat mikroskopik allətlər vasitəsilə zədəsiz və ağrısız həyata keçirilir. Əməliyyatın üstünlüyü 80-98% hallarda tüklərin inkişaf edə bilməsindədir. Bu zaman əkilmiş tüklər pasiyentin ömrü boyu uzanmaq qabiliyyətinə malik olur. FUE üüsulu ilə əkilən tüklər təbii görünür və onu istənilən formada toplamaq mümkün olur. Bu üsulla bığ, saqqal nahiyəsinə də tük əkmək mümkündür.
Əməliyyata əks göstəriş varmı və bu əməliyyat təhlükəlidirmi?
STRİP üsulundan fərqli olaraq FUE əməliyyatına heç bir əks göstəriş yoxdur.Yanlız əməliyyat həyata keçirilən zaman pasiyent infeksion xəstəliklə xəstələnərsə o zaman xəstəliyin tamamilə sağalması gözlənilir. Tük əkilmə prosedurunu 18 yaşına çatmamış şəxslərə tətbiq etmək əks göstəriş sayılır(əvəllər belə bir qanun var idi). İstənilən yaş həddində olan insanlara bu əməliuyyatı tətbiq etmək mümkündür.
Saç əkilmə proseduru tamamilə təhlükəsiz prosedurdur. Saçların baş hissədə hansı formada durması isə onun əkilmə metodikasından aslılı olur.
Əgər saçəkilmə proseduru inkişaf etmiş klinikada ixtisaslaşmış həkimlər tərəfindən həyata keçirilrisə o zaman əməliyyat tam zədəsiz və keyfiyyətlə sona çatır.
Saç əkilməsinin hansı nəticələri olur?
Saç əkilməsi proseduru pis nəticələnmir. Əslində yaxşı nəticənin əldə olunması hansı müalicə metodu üsulunun tətbiq edilməsindən asılıdır. STRİP metodu ilə tük əkilməsi zamanı cərrah zərgər dəqiqliyi ilə 1kv. santimet çapıq yerinə 40 follikul əkir. FUE üsulu ilə tük əkilməsi zamanı 1 kv. santimetrə 50-80 tük follikulıu əkilir. Tük əklilməsi prosesi adətən plastik gəlinciyin dəlikli başını xatırladır. Bu əməliyyatdan sonra hətta ən yaxın qohumlar belə başa əkilən tüklərin təbii olmasına şübhə etmir.
Tükəkilmə əməliyyatı neçəyə başa gəlir?
Prosedur ixtisaslaşmış həkimdən, əkilən follikulların miqdarından və klinikanın qoyduğu qiymətdən asılı olaraq müxtəlif olur.