- 055-339-90-11
- [email protected]
Saç Mezoterapiyası
Saç Mezoterapiyası
Saçların mezoterapiya ilə müalicəsi: mezoterapiya nədir və nə üçün lazımdır?
Əgər sizin saçlarınız öz keyfiyyətini itirmişsə, saçlarınızda saçqıranlar əmələ gəlirsə o zaman bu problemin həllini saçlarının yumaq üçün istifadə etdiyiniz vasitədə axtarmayın. Bu əlamətlərin aradan qalxması üçün daxildən də müalicə tətbiq etmək mümkündür.
Saçların mezoterapiyası nədir?
Saçların mezoterapiyası onların uzanması və saç strukturunun yaxşılaşması istiqamətində tətbiq olunan müalicə üsuludur. Bu müalicə zamanı ineksiya vasitəsilə başın tüklü hissəsinə lazım olan maddələr yeridilir, nəticədə isə tük soğanaqları qidalanır və sağlamlaşaraq möhkəmlənir.
Mezoterapiya proseduru tükdibi follikulları qidalandırmaq məqsədilə həyata keçirilir. Prosedur dərialtı nahiyəni qidalandırır, qan dövranını yaxşılaşdırır, saçları möhkəm və sağlam edir, dərialtı piy vəzilərinin işini normallaşdırır. Mezoterapiya hər cür saç növünə tətbiq edilir.
Prosedur kimlər üçün vacib sayılır?
Mezoterapiyaya aşağıdakı hallarda müraciət edilir:
* saç tökülmələri
* saç quruluğunun artması və saçqıranların çoxalması
* seboreya, kəpəklənmə zamanı
* saç uclarının haçalanması
* dəmrov
* vaxtından qabaq saçların ağarması
Saç dərisinə mezoterapiya tətbiq edilən zaman yanıq, hematoma, ürəkbulanma və qusma, qıcolma,nekroz, infeksiya düşməsi kimi yanaşı təsirlər meydana çıxa bilir. Bunların baş verməməsi üçün isə müalicə üçün ixtisaslaşmış mütəxəıssisə müraciət etmək lazımdır.
Mezoterapiyanın çatışmayan cəhətlərindən biri onun bəzən ağrılı olması(bir müddət qaşınma, şişkinlik, qansızma olması) və baha qiymətə başa gəlməsidir.
Saçlara mezoterapiya proseduru necə tətbiq edilir?
İlk iş həkimlə məsləhətləşməklə başlayır. Prosedur tətbiq edilməzdən əvvəl həkim saç dibində olan hansı çatışmazlığı aradan qaldırmağı təyin edir və iynə vurmaq üçün nələrdən istifadə edəcəyini dəqiqləşdirir. Bu zaman pasiyentin istifadə ediləcək dərman maddəsinə qarşı allergiyası olub olmaması araşdırırlır.
Prosedur tətbiq etməzdən əvvəl saç dərisi spirt və ya xlorheksidinlə silinir, sonbra nazik iynə vasitəsilə saç dərisinə çoxlu sayda iynə vurulur. Daha sonra saç dərisinin iynə vurulan yerinə mikrob düşməsin deyə yenidən dezinfeksiya edilir.
Optimal müalicə kursu 8-10 porosedur olmaqla həftədə bir dəfə vurulur.
Müalicə tətbiq edilən gün pasiyentə baş yumaq, günəşin altında gəzmək, spirtli içki qəbul etmək, saunada çimmək və massaj olunmaq məsləhət görülmür.
Mezoterapiya müalicəsinin effekti müalicə başlayandan bir ay sonra , maksimum effekt isə altı aydan sonra özünü göstərməyə başlayır.
Mezoterapiyanın qiyməti onun hansı klinikada və ya kosmetoloji salonddan aparılmasından asılı olaraq müxtəlif olur.