Saç Əkimi

Saç Əkimi

Saçın əkilməsi və saç əkmə üsulları
Bəzi hallarda saç tökülən nahiyəni  yalnız tük əkilmə yolu ilə bərpa etmək mümkün olur. Bu zaman başın tüklü hissəsindəki tük follikullarından istifadə olunur. Bu zaman isə tük follikulları insanın həyatı boyu sağlam qalır. Tük əkdirmək lazım gəldikdə isə mütləq sınanımış həkimlərə müraciət etmək lazımdır.

Müasir tükəkmə üsulları zədəsiz həyata keçirilir və əməliyyatdan sonra qısa bir zaman ərzində reablitasiya baş verir. Müasir yolla tük əkildikdə saçlar təbii görünür. İstənilən nəticəni əldə eləmək üçün isə yaxşı mütəxəssislə yanaşı düzgün klinikanın da seçilməsi vacib sayılır.
Müasir tükəkmə üsulları. Tükəkmənin texnologiyası
Tük əkmənin(transplantasiya) texnologiyası aşağıdakı göstəricilərə əsaslanır:
* tük əkiləcək nahiyənin sahəsi
* saçın uzunluğu və donor hissədə dərinin elastikliyi
* transplantasiyanın xərci
Tükün əlikməsi iki mərhələdə həyata keçirilir:
* transplantın götürülməsi
* yenidən əkilmə

Tikişsiz üsul FUE(Follocular Units Extraction)
Əməliyyatdan əvvəl bunları bilmək faydalıdır:
* Saçların tam əkilməsinın həyata keçirilməsi
* Saç tökülməsi hiss edildiyi zaman nə etməli?
* Tük əkilmə prosesinin qiyməti

FUE əməliyyatı bir çox ölkələrin klinikalarında həyata keçirilir. Bu az invaziv üsulla tük transplantasiyasının həyata keçirilməsidir. Bu əməliyyat 1,8-5 mm diametr ölçüdə olan nahiyəyə tük əkilməsi ilə həyata keçirilir. Əməliyyat yerli keyləşdirmə ilə həyata keçirilir və qısa bir zamanda başa çatır. Əməliyyat yerində kiçik ölçüdə dairəvi şəkildə çapıq toxuma əmələ gəlir.

Saçların əkilməsi əksər hallarda skalpellə həyata keçirilir, bəzən isə iynə vasitəsi ilə( geniş axarlar açaraq) də kiçik ölçülü hissəyə əməiyyat tətbiq olunur. Bu zaman iynə vasitəsilə açılan hissədən pinsetlə transplant götürülür.
Bərpa müddəti 2-4 həftə və daha çox müddətə baş verə bilir.

Bu üsulun çatışmayan cəhəti həmin nahiyəyə yenidən tük əkilə bilinməməsidir.Əməliyyatdan 6-12 ay sonra tüklər uzanır və saçların sıxlığı artır. Hissəvi FUT üsul(Follicular Unit Transplantation)

Klassik FUT saç əkmə üsulu dərinin bir hissəsindən götürülürək digər həssəyə transplantasiya edilməsidir. Əməliyyat kəsici alətlərlə(skalpel) həyata keçirilir və 3-4 saat müddətinə başa çatır. Bu ən tez başa gələn üsullardan biri hesab edilsə də kobud üsul sayılır. Əməliyyat zamanı dəridə iri çapıq izi qalır. Bu əməliyyatı pasiyentə üç dəfədən artıq etmək məsləhət görülmür. Əməliyyatlar arasında isə ən azı yarım il fasilə verilməsi lazım gəlir. Donor dərinin ölçüsü 10x3sm-dən çox olmamalıdır. Əməliyyat keçəlləşmənin ölçüsündən asılı olaraq yerli və ya ümumi keyləşdirmə ilə həyata keçirilir.

Əməliyyat zamanı tüksüz hissədə kəsik aparılaraq başqa nahiyədən götürülmüş tüklü dəri həmin nahiyəyə yerləşdirilir.
Bərpa müddəti 4-6 həftədən çox sürmür. Bəzi hallarda isə bu müddət 3 aya qədər uzana bilir.

Müasir tibbdə bu əməliyyat nadir hallarda həyata keçirilir.

Əməliyyatın çatışmazlıqları:
* donor hissədə çapığın qalması
* follikul itirilən nahiyədə(dəri tikəsi götürülən) uzun müddət ağrı hissinin olması
*tük əkilən yerdə əlavə çapıqların olması
* kiçik dəri hissəsinin götürülməsinin mümkün olması

STRİP üsulu ilə əməliyyat
Əgər donor hissədə saçların sıxlığı yetərincə deyilsə o zaman saç dərisindən zolaqlı(strip) şəkildə 20-25x3 sm ölçüdə dəri tikələri götürülür və lazım olan hissəyə köçürülür. Qraft dərinin 1-2-3 ədəd follikul olan hissəsidir. Transplantasiyanın bu növü yerli keyləşdirmə ilə həyata keçirilir. Dəri götürülmüş hissə kosmetik tikişlərlə tikilir. Nəticədə dərinin 2 hissəsində çapıq toxma inkişaf edir. Kollagen volokanların gərilməsinə görə bu nahiyədə çapıq izi transplantasiyadan sonra ömürlük olaraq qala bilir.

Qraftların köçürülməsi skalpel vasitəsilə də həyata keçirilə bilir.
Bərpa müddəti 4 həftədən 3 aya kimi olur.

Yeni tüklər isə prosedurdan bir il sonra sıx inkişaf etməyə başlayır.
Bu üsulun çatışmayan cəhətləri yara yerinin uzun müddətə sağalaması, çapıq izinin qalması, dərin tikəsi götürülən terdə tük follikullarının fəaliyyətinin dayanmasıdır. Mikro çapıqlar olan yerdə yeni tüklərin əmələ gəlməməsi və yeni sıx tüklərin təbii tüklərdən seçilməsi də əməliyyatın çatışmayan cəhətlərindən hesab edilir. Bu üsulun effektliyini tikişsiz əməliyyatın effekti ilə müqayisə etmək olar.

Əməliyyatsız HFE üsulu

HFE - ingiliscə Hand Follicle Extraction sözülərinin qısaldılmış adıdır. İndi bu texnologiya ilə dünyanın hər yerində tük əkmə üsuluna müraciət olunur. Bu texnologiya donor hissədən mikro tük follikullarının (1-2-3 follikul)götürülərək lazım olan yerə əkilməsinə əsaslanır. Bu əməliyyat kəsik aparılmadan iynə vasitəsilə həyata keçirilir. Əməliyyat zamanı xüsusi iynə-implanter vasitəsilə kiçik axarlar açaraq follikul xaric edilir. Bu az invaziv, ağrısız prosedur olub ambulator şəraitdə həyata keçirilir. Əməliyyat yüksək həssaslıqla və yerli keyləşdirmə ilə aparılır. Bu əl işi olduğuna görə  incə ustalıq tələb olunur.

Əməliyyatdan iki həftə sora tüklər bərpa olunmağa başlayır və pasiyent bir il sonra saçlarını istədiyi formaya sala bilir. HFE əməliyyatı ilə tükəkdirmə zamanı tüklərin sıxlığı və görünüşü təbii görünüşə malik olur. Bu tükəkmə üsulu pasiyentə istədiyi bərbərin qarşısında oturmaq şəraiti yaradır. Pasiyent saçlarını istədiyi kimi toplaya və hətta dibindən qırxdıra bilir. Bu transplantasiya üsulu ilə bığ və saqqal nahiyəyə də tük əkmək mümkündür.

Əməliyyatın qiyməti
HFE üsulu ilə tük əklilmə əməliyyatının qiyməti konkret olaraq klinikadan və həkimdən asılı olaraq müxtəlif olur. Tük əkilmə əməliyyatlarının qiyməyi aşağıdakılardan asılı olaraq müxtəlif olur:
* seçilmiş üsulun növündən
* tətbiq olunan prosedurun miqdarından
* transplantasiya zonasının ölçüsündən
* keyləşdirmənin növündən
* köçürülmənin qraft və ya follikullarla həyata keçirilməsindən

Əks göstəriş
Əməliyyat keçəlləşmədən və ya saç tökülməsindən şikyəti olanlara, daha sıx bığ, saqqal xoşlayanlara da tətbiq edilir. Bəzən üz hissəsində çapıq olan və bu çapığı tüklə örtmək istəyənlərə də tük əkilmə əməliyyatı təbiq olunur. Saç əkdirən zaman keçəlləşmənin yetərincə olması da nəzərə alınmalıdır. Donor hissədən alınan dəri tikəsinin tüksüz nahiyəyə yetib yetməyəcəyinə isə həkim qərar verməlidir.

Saç transplantasiyası zamanı aşağıdakılar nəzərə alınmalıdır:
* psixi xəstəliklər
* dəri xəstəlikləri və kəskinləşmə dərəcələri
Şəkərli diabet, yüksək areterial təzyiq, ürək-damar sistemi xəstəlikləri zamanı da həkimi məlumatlandırmaq və diqqətli olmaq lazımdır.Belə xəstələrə HFE üsulu ilə saç əkilməsi məsləhət görülür. Bunun səbəbi isə bu üsulun ağırlaşmasının olmamasıdır. Saç əkdirən zaman həkimin bütün təyinatlarına əməl etmək lazımdır.фильмы бесплатно

Template not found: /templates/az1/module/rightbar.tpl