Qaş Əkimi

Qaş Əkimi

Müasir üsullarla (FUE) qaşların əkilməsi

Bəzən qaşlar da saçlar kimi tökülə bilir. Qaşların tökülməsi müxtəlif səbəblərdən baş verə bilir. Bu səbəblərə aşağıdakılar aiddir:
- xroniki stress, qeyri-düzgün qidalanma diffuz tük tökülməsinə səbəb ola bilir
- qaşların düzgün alınmaması və ya rənglənməsi zamanı tük soğanaqlarının zədələnməsi
- çapıq yerlərinin meydana gəlməsi
- tibbi prosedurlar(kimyaterapiya, radioterapiya və s.)
- yaşla əlaqədar baş verən hormonal problemlər

Qaş əkilməsi üçün həkimə müraciət edənlərin əksəriyyəti qaşları anadangəlmə zəif və assimmetrik olanlardır. Bu əməliyyat ən çox da kosmetik problemin ön plana çıxması ilə əlaqədar olur. Belə ki, qüsurlu qaşlara malik olanlar kosmetoloji əməliyyat vasitəsilə qaşlarını istədikləri şəklə saldıra bilirlər. Bu onları davamlı olaraq kosmetoloji kabinetdə qaşlarını düzəltdirmək üçün zaman sərf etməmələrinə səbəb olur. Qaşların əkilməsinə aşağıdakılar əks göstəriş hesab edilir:
- qanın laxtalanma qabiliyyətinin az olması
- yerli anesteziya preparatlarına qarşı həssaslığın olması(lidokain və s.)
- müalicə olunmayan və ya müalicəyə tabe olmayan trixotillomaniya
- dekompensasiya dövründə olan şəkərli diabet

Qaş əkimi zamanı dəridə şramlar, yanıq izləri olarsa o zaman adi üsulla tük əkilmir. Bu zaman həkim yeni texnoloji üsullara müraciət edir.
Qaşların əkimi zamanı onların maksimum eyni ölçüdə olması üçün 1  follikullu qreyftlərdən istifadə edilir. Bu zaman həkim öz işini ən yaxşı kriteriyalara uyğun olaraq aparır və saç follikullarının eyni məsafədə paylaşmasına diqqət yetirir. Bu qaş düzümünün daha dəqiq olmasına səbəb olur.

Əgər pasiyent üçün 350 tük follikulu yetərli olmazsa bu prosedur 4-6 aydan sonra yenidən təkrarlanır. Prosedur zamanı nə qədər qreyftdən istifadə olunacağı isə adətən əməliyyatöncəsi məsləhət zamanı müzakirə olunur.
Qaşların təbii görünməsi üçün qulaqüstü və ya boyun nahiyəsində olan nazik tüklərdən istifadə etmək daha məqsədəuyğun sayılır.
Prosedurun gedişi və yeni qaşəkmə üsulu

İnvaziv prosedur
Bu indiki zamanda ən çox tətbiq edilən üsuldur. Bu zaman tük follikulları toplanır və əsasən 0,5-0,6 mm diametr ölçüdə pançlardan istifadə edilir.Bu zaman ən az ölçüdə də olsa çapıq yeri qalmır.Transplantasiya sahəsinə zədə verməmək şərtilə xüsusi alətin iynəsi ilə dəri altına yeridilir. Əkilmə zamanı bir nüansa diqqət yetirilir: alətlə tükalma zamanı donor hissənin 50-70% yerindən tük alınır. Qalan hissə isə ehtiyatda saxlanılır.Əl vasitəsilə follikuldan tük alındığı zaman HFE üsulundan istifadə edilir ki, bu zaman tük itkisi 2,5%-dən çox olmur.

Mərhələləri
Birinci mərhələdə donor bölgədən materialın alınması həyata keçirlir. Bu zaman qulaqüstü və ya boyun nahiyənin tüklərindən istifadə olunur. Adətən 50-350 sayda follikulyar tük tətbiq edilir. Əldə edilən materialla tük əkiləcək nahiyə örtülür. Tüklər dəriyə təbii yolla uzandığı istiqamətdə əkilir. Bu çox incə, məsuliyyətli və dəqiqlik tələb edən bir işdir və həkimdən böyük ustalıq tələb edir. Prosedur yerli keyitmə ilə həyata keçirilir.
Müddəti
Tüklərin əkilməsi proseduru 2-3 saat müddətində başa çatır.

Qaş nahiyəsində tüklərin bərpa olunması
Follikulların köçürülməsi əməliyyatından 2 ay sonra tüklər uzanmağa başlayır. Bu müddət ərzində həkimin təyin etdiyi gel tüklərin yönəldiyi istiqamətdə qaşlara çəkilir. Uzanmış və artıq tüklər manikür qayçısı ilə kəsilir. Prosedur zamanı meydana çıxan mikroçapıqlar follikullara qanın axması sayəsində aradan qalxır və qaş nahiyəsinə yeni tüklər çıxır. Mikroyaralar əməliyyatdan bir müddət sonra sağalır və qaş nahiyəsində heç bir iz və ya göyərti qalmır.

Effekt
Az invaziv üsulla qaş əkilməsi zamanı siz gözəl, uzun, formalı qaşlara sahib olursunuz. Bu zaman siz özünüzü əvvəlki həyatınızdakından daha xoş və inamlı hiss edirsiniz.

Qiyməti
Qaş əməliyyatımım qiyməti transplantasiya edilən follikulların sayından asılı olaraq klinika tərəfindən təyin edilir və əksər hallarda əməliyyat zədəsiz və ağlırlaşmasız həyata keçirilir.фильмы бесплатно

Template not found: /templates/az1/module/rightbar.tpl